Abışov "Maribor"a qarşı oynayacaq?

Abışov "Maribor"a qarşı oynayacaq?
Millimizin üzvü Ruslan Abışov “Rubin”in əsas heyəti ilə məşqlərdə iştirak edə bilmir. Fanat.az xəbər verir ki, Bişkekdə Qırğızıstan yığmasına qarşı keçirilmiş oyun ərəfəsindəki məşq zamanı ayağını zədələmiş müdafiəçinin ağrıları səngimək bilmir.
Bu səbəbdən Abışovun Avropa Liqasının V turunda Sloveniyanın “Maribor” klubuna qarşı forma geyəcəyi məlum deyil. Baxmayaraq ki, kazanlıların baş məşqçisi Kurban Berdıyev Abışovu ilk dəqiqələrdən meydana buraxmaq istəyir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər