Rusiya Premyer Litasında XVIII turuna yekun vurulub. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi "Rubin" "Amkar"ı qəbul edib.
Oyun Kazan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Rubin"in heyətində Bebras Natço, Salomon Rondon və Oleq Kuzmin fərqlənib.
Yığmanın heyətində zədələndikdən sonra komandadan kənar düşən Ruslanın adı "18-liy"ə salınıb. Lakin baş məşqçi Kurban Berdiyev millimizin üzvünə şans verməyib.
Qeyd edək ki, "Rubin" 18 turdan sonra 23 xalla 10-cu pillədə qərarlaşıb.
Fanat.az