Rusiya Premyer Liqasında XVI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi "Rubin" "Krasnodar"ı qəbul edib.
Oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Rubin"in baş məşqçisi Kurban Berdiyev Azərbaycan millisinin müdafiəçisinə şans verməyib. Abışov matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Rubin" 16 oyundan sonra 17 xalla turnir cədvəlinin 11-ci pillədə qərarlaşıb.
Fanat.az