AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Bakı" ilə oyunun 90+1-ci dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov 2 oyun cəzalandırılıb, klubu 2000 manat cərimə olunub.
Həmin oyunun 90+3-cü dəqiqəsində ikinci sarı vərəqəni alan "Bakı"nın oyunçusu Georgios Pelagias, həmçinin "İnter"lə oyunun 88-ci dəqiqəsində ikinci sarı vərəqəni alan “Simurq”un futbolçusu Marko Stanoyeviç 1 oyunluq cəza alıb, klubları 200 manat cərimələnib.
"Qəbələ" isə "Qarabağ"la oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat cərimə edilib. "Qəbələ"nin əvəzedici komandası eyni səbəbdən 500 manat cərimələnib.
Fanat.az