Almaniyanın Bavariya əyalətinin həvəskarlar liqasında yaşıl meydanlarda nadir görünən hadisə baş verib. Fanat.az xəbər verir ki, futbolçu 50 metrdən öz qapısına qol vurub.
Belə ki, "Şkveynfurt" - "1860 Münhen" matçında ev sahiblərinin yarımmüdafiəçisi Stefan Seufer 50 metrdən geriyə pas verib. Lakin onun göndərdiyi top ünvanına çatmayıb və qapıya daxil olub.
Fanat.az