“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran”la oyundan sonra düzənlənən mətbuat konfransında matç haqda fikirlərini bildirib.
Fanat.az xəbər verir ki, gürcü 1:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib: “Oyunda qarşılıqlı hücumlara şahidlik etdik. İlk hissənin başlanğıcında qol vurduq, fasiləyə üstün getdik. İkinci hissədə isə oyunçumuz zədəli olan vaxt qapımızdan qol buraxdıq. Artıq 3-cü turdu ki, qırmızı vərəqə alır, azlıqda qalırıq. “Qırmızı”dan sonra oynamaq çətin olsa da, hücumlarımızı davam etdirdik. Lakin yenilgidən qaçmaq mümkün olmadı”.
Fanat.az