Millimizin üzvü Almaniyada qələbə qazandı

Millimizin üzvü Almaniyada qələbə qazandı

Almaniyanın II Bundesliqasında XXIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Tuğrul Eratın çıхış etdiyi "Fortuna" "Heydenheym"in qonağı olub.

Düsseldorf təmsilçisi səfər oyununda 2:1 hesablı qələbə qazanıb. Start heyətində yer almayan Tuğrul Erat 71-ci dəqiqədə meydana çıхıb.

Qeyd edək ki, "Fortuna" 23 oyundan sonra 35 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər