Türkiyənin PTT 1-ci liqasında XVIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" "Alanyaspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer almayan Subaşiç 64-cü dəqiqədə meydana çıхıb. Millimizin sabiq üzvü Oğuzhan Kayarı əvəzləyib. Subaşiç meydana çıхandan sonra komandası iki qol vursa da, məğlub olub.
Qeyd edək ki, "Manisaspor" 18 turdan sonra 17 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Fanat.az