Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununu keçirib. Fanat.az хəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın da çıxış etdiyi Düsseldorf təmsilçisi "Braunşveyq"lə qarşılaşıb.
Oyun "Fortuna"nın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Tuğrul Erat start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.
Fanat.az