Almaniyanın II Bundesliqasında XII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Karlsruher" "Sandhauzen"i qəbul edib.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ötən tur zədə səbəbindən adı "18-liy"ə salınmayan Nazarov zədəsini sağaltsa da, oynamayıb. Millimizin üzvü "18-liy"ə düşsə də, ehtiyatda qalıb.
Qeyd edək ki, "Karlsruher" 12 turdan sonra 17 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az