"Rəvan" hazırdı

"Rəvan" hazırdı
"Rəvan" Topaz Premyer Liqasının XIV turunda "Qarabağ"ın qonağı olacaq. Fanat.az xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək oyun öncəsi komanda elə həmin arenada matç ərəfəsində son məşqini edib.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular qısa zonalarda ötürmələr üzərində çalışıb. Ənənəvi "kvadratlar”ın ardından isə qapıya zərbələr üzrə çalışma olub.
Qeyd edək ki, "Qarabağ” - "Rəvan” oyunu bu gün saat 17.00-da başlayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər