Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Ali Gökdemirin forma geyindiyi "Hannover 96"nın ikinci komandasının "Kloppenburq"u qəbul edib.
Oyun "Hannover 96"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 55-ci dəqiqədə Sebastian Ernst açıb. 13 dəqiqə sonra Ali Gökdemir rəqib qapısına yol taparaq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, 15 oyunda 20 xal toplayan "Hannover 96" turnir cədvəlinin 8-ci pillədə qərarlaşıb.
Fanat.az