19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Elvin Bədəlov Rusiyada növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, "Zenit"in gənclərdən ibarət komandasında forma geyinən futbolçumuz "Amkar"a qarşı oynayıb.
Oyun "Zenit"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bədəlov meydana start heyətində çıxıb və 90 dəqiqə oynayaraq böyük hesablı qələbədə pay sahibi olub.
Fanat.az