Abışovsuz "Rubin" uduzdu

Abışovsuz "Rubin" uduzdu
Rusiya Premyer Liqasında XIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi "Rubin" "Volqa"nın qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Zədəsi olan Abışovun adı "18-li"yə salınmayıb.
 
Qeyd edək ki, “Rubin” 13 turda 16 xal toplayıb və turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər