Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Sachsen-Anhalt" komandası ilə qarşılaşıb. Oyun 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. U-16-nın heyətində Fərid Əsədli, Renat Dadaşov və Baxışəli Baxışəliyev fərqlənib.
İdman24.az