2013-də millimizin hansı üzvləri qol vurub?

2013-də millimizin hansı üzvləri qol vurub?

Azərbaycan yığması 2013-cü ildə keçirdiyi 12 oyunda rəqib qapılarına 11 qol vurub. Fanat.az xəbər verir ki, bunlardan 6-sı qeyri-rəsmi, 5-i rəsmi oyunlarda vurulub.

Rəqib qapılarına ən çox yol tapan futbolçumuz Rüfət Dadaşov olub. Almaniyanın "Kayzerslautern" klubunun U-23 komandasında çıxış edən hücumçu 4 dəfə fərqlənib. O, 3 dəfə yoldaşlıq, 1 dəfə rəsmi oyunlarda rəqib qapıçıları məyum edib.

Rauf Əliyevlə Vaqif Cavadov hərəyə iki dəfə fərqlənib. Əliyev hər iki qolunu qeyri-rəsmi matçlarda vurubsa, Cavadov bir dəfə yoldaşlıq matçında, bir dəfə də rəsmi qarşılaşmada qol sevinci yaşayıb.

Ruslan Abışov, Rahid Əmirquliyev və Mahir Şükürov isə millimizi hərəyə bir dəfə rəsmi oyunlardakı qolları ilə sevindirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər