Bu gün əvəzedicilərin çempionatında 10-cu tura start verilib.
Fanat.az xəbər verir ki, turun açılış matçında “İnter” “Qəbələ”ni qəbul edib. “Bankirlər”in vurduğu 2 qola cavab verən tapılmayıb. “Xəzər Lənkəran”ı məğlub edən “Simurq” turnir cədvəlində üçüncü yerə qalxıbsa, “Neftçi” “Rəvan”la ev oyununda bərabərliyə razılaşıb.
Əvəzedicilərin çempionatı
10-cu tur
18 oktyabr
İnter – Qəbələ - 2:0
Qollar: Daniel Genov, 11, Nurxan Mənsimza, 42-pen.
Simurq - Xəzər Lənkəran – 2:0
Qollar: Oruc Balaşlı, 10, Cavad Kazımov, 79.
Neftçi - Rəvan – 1:1
Qollar: Mirabdulla Abbasov, 79 - Kamil Nurəhmədov, 54.
Fanat.az