150 azarkeş həbs olundu

150 azarkeş həbs olundu

150 "Latsio" azarkeşi Polşada həbs olunub. Fanat.az xəbər verir ki, buna səbəb onların dava-dalaş salması olub.

Belə ki, dünən "Latsio" Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Poloniya"nın qonağı olub və 2:0 hesablı qələbə qazanıb. Matçdan bir gün əvvəl gecə Varşavada aranı qarışdıran 17 italyan Polşadan deportasiya olunub. Oyun günü isə digər fanatlar buna etiraz olaraq şəhərdə aranı qatıblar. Nəticədə 150 italyan fanat həbs olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər