13 turun “ənlər”i bəllidi

13 turun “ənlər”i bəllidi

Topaz Premyer Liqasında 13-cü turun seçilənləri müəyyənləşib. Fanat.az xəbər verir ki, “InStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən “İnter”in gürcü qolkiperi Georgi Lomaya hesabat turunun ən yaxşı qapıçısıdı. 

 

Bədavi Hüseynov (Qarabağ) ən çox dəqiq ötürmə verən, Pərdis Fərcad-Azad (Sumqayıt) isə qapıya ən çox dəqiq zərbə endirən futbolçudu.

 

Hava mübarizələrində Junior Nildo (Xəzər Lənkəran), rəqibdən top almaqda isə Şəhriyar Rəhimov (AZAL) hamıdan uğurlu olub. Nikola Valentiç (Qəbələ) 12 dəfə rəqib ötürmələrinin qarşısını kəsməklə fərqlənib.

 

Ən çox qayda pozuntusuna yol verən Pərdis Fərcad-Azad (Sumqayıt), ən çox qayda pozuntusuna məruz qalan isə Rəşad Sadiqov (Neftçi) və Junior Nildodu (Xəzər Lənkəran).

 

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər