Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Nazili Bələdiyyəspor"u qəbul edib.
Matçın əsas vaxtında qol vurulmayıb. Belədə qalib əlavə vaxtda müəyyənləşib. Əlavə 30 dəqiqədə 3 qol vurulub və "Sivasspor" qalib gəlib.
Cihan Özkara matçın iştirakçısı olub. O, 110-cu dəqiqədə meydana çıxıb və son 10 dəqiqədə oynayıb. Futbolçumuzun meydana çıxmasından sonra "Sivasspor" qələbə qazanıb.
Fanat.az