Fevralın 20-dən 26-a qədər Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iki yoldaşlıq oyunu keçirəcək. Fanat.az xəbər verir ki, yığmamızın rəqiblərindən biri və oyun cədvəli dəyişib.
Futbolçularımız Qananın U-21 yığması ilə fevralın 23-də deyil, iki gün sonra - fevralın 25-də, Bakı vaxtı ilə saat 19.30-da qarşılaşacaq. Komandamızın digər rəqibi isə Qazaxıstanın “Atırau” klubu olacaq (yığmamızın daha öncə Çinin “Hunan Billovs” klubu ilə qarşılaşacağı nəzərdə tutulmuşdu). Bu oyun fevralın 23-də, Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.
Fanat.az