Antalyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət yığması bu gün ilk yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, millimiz İsveçrənin "Benfika" (Süriх) klubunun U-17 komandası ilə qarşılaşıb.
Oyun komandamızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın heyətində Elçin Əsədovla İbrahim Qədirzadə dubl edib, Anıl Cılaz, Elvin İmanlı, Bahadur Həziyev, Pilağa Mehdiyev və Fərid Nəbiyev hərəyə bir qol vurub.
Azərbaycan yığmasının heyətində Tural Əjdərli, "Benfika"nın heyətində isə Luis Passos və Stefan Pereyro qırmızı vərəqə alıb.
Fanat.az