19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında daha bir yoldaşlıq oyunu keçirilib. Fanat.az xəbər verir ki, matç "Bakı"nın təlim-məşq bazasında baş tutub.
Qarşılaşma 5:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Nigar Cəlillinin het-trik etdiyi oyunda hərəyə bir dəfə Aysun Əliyeva və Yaiza Relea fərqlənib.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan yığmaları arasında fevralın 6-da baş tutan oyunda yığmamız 2:0 hesablı qələbə qazanmışdı.
Fanat.az