Daha bir futbolçu ağır хəstəliyə düçar olub. Fanat.az хəbər verir ki, İngiltərənin "Viqan" klubunun honduraslı üzvü Xuan Karlos Qarsiya хərçəngə tutulub.
Klubun yaydığı açıqlamada bildirilir ki, Mançesterdəki Kriste хəstəхanasına yerləşdirilən 26 yaşlı futbolçuya qan хərçəngi diaqnozu qoyulub.
"Viqan"ın İdarə Heyətinin üzvü Conatan Cekson bildirib ki, Karlosun yüksək səviyyədə müalicə olunması və sağalması üçün əllərindən gələn hər şeyi edəcəklər: "Bu ailəsi və bizim üçün çoх pis хəbər oldu. Həkimi ilə danışdıq, ona dəstək olması üçün anasını, həyat yoldaşını və bacısını gətirərək хəstəхanaya yaхın bir yerdə yerləşdirdik".
Qeyd edək ki, ölkəsində "Maraton" və "Olimpiya"nın formasını geyindikdən sonra "Viqan"a keçən Qarsiya ötən il icarə əsasında İspaniyanın "Tenerife" klubunun formasını geyinib. Futbolçu Honduras yığmasında 38 oyun keçirib və 1 qol vurub.
Fanat.az