Yaşar Vahabzadə: "Asan qrupa düşməmişik"

Yaşar Vahabzadə: "Asan qrupa düşməmişik"

"Əvvəla, onu deyim ki, heç də asan qrupa düşməmişik. Almaniya və Rusiya yığmaları Avropada sözlərini demiş komandalardı. Avstriya və Finlandiya yığmalarını da hesabdan silmək olmaz". Fanat.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçisi Yaşar Vahabzadə deyib.

Baş məşqçi AVRO-2017-nin seçmə mərhələsində yığmamızın yer aldığı 7-ci qrupdakı rəqiblərlə bağlı fikirlərini bildirib: "Nə qədər çətin qrupa düşsək də, nəticə əldə etmək üçün sonadək mübarizə aparacağıq. Əlbəttə, əsas məqsəd milli komandaya layiqli oyunçu yetişdirməkdi. Təbii ki, bununla yanaşı, turnir cədvəlində yaxşı nəticə əldə etmək də önəmlidi".

Vahabzadə təqvimlə bağlı da danışıb: "Bununla bağlı keçirilən iclasdan əvvəl Finlandiya yığmasının rəhbərliyi təklif irəli sürdü ki, mart və iyul aylarında qrupumuzda oyun olmasın. Çoxluq bu təkliflə razılaşdı. Çalışdıq elə təqvim quraq ki, əsas milli komandanın oyunları ilə bizim qarşılaşmalar arasında müəyyən qədər vaxt olsun. Hesab edirəm ki, normal təqvimdi. Yaxın günlərdə rəqiblər haqda dolğun informasiya toplayacağıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər