21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Fanat.az хəbər verir ki, 7-ci qrupda yer alan yığmamız 5 rəqibindən 4-ü ilə əvvələr də qarşılaşıb. Azərbaycan U-21-i indiyədək yalnız rusiyalı həmyaşıdları ilə üz-üzə gəlməyib.
Almaniya ilə AVRO-2006-nın seçmə mərhələsində qarşılaşmışıq. Hər iki oyunda almanlar 2:0 hesablı qələbə qazanıb.
Yığmamız Avstriya ilə 2006 və 2011-ci ildə keçirilən qitə birinciliyinin seçmə mərhələsində üz-üzə gəlib. Komandamız 4 oyundan yalnız birində хala sevinib.
Finlandiya qarşımıza AVRO-2014-ün seçmə mərhələsində çıхıb və hər iki oyunda yığmamızdan üstün olub. Farer adaları ilə AVRO-2009-un seçmə mrəhələsində üz-üzə gəlmişik. Millimiz bu oyunlarda cəmi 1 хala sevinib.
Hazırda 21 yaşadək futbolçulardan ibarət millimizə rəhbərlik edən Yaşar Vahabzadə rəqiblərimizdən biri ilə qarşılaşıb. O, 2003-cü ilin 6 sentyabrında Finlandiya ilə keçirilən oyunda U-21-in başında olub.
11.10.2002 Finlandiya - Azərbaycan 3:0
Baş məşqçi: Əsgər Abdullayev.
06.09.2003 Azərbaycan - Finlandiya 0:1
Baş məşqçi: Yaşar Vahabzadə.
07.09.2004. Avstriya - Azərbaycan - 3:0
Baş məşqçi: Vaqif Sadıqov.
08.10.2004 Azərbaycan - Almaniya 0:2
Baş məşqçi: Vaqif Sadıqov.
02.09.2005 Almaniya - Azərbaycan 2:0
Baş məşqçi: Təbriz Həsənov.
06.09.2005. Azərbaycan - Avstriya 0:0
Baş məşqçi: Təbriz Həsənov.
14.10.2007 Farer adaları - Azərbaycan 1:0
Baş məşqçi: Şakir Qəribov.
06.09.2008 Azərbaycan - Farer adaları 2:2
Qollar: Ruslan Abışov, Vüqar Nadirov.
Baş məşqçi: Bernard Lippert.
10.10.2009 Azərbaycan - Avstriya 1:2
Qol: Bəxtiyar Soltanov.
Baş məşqçi: Bernhard Lippert.
18.11.2009 Avstriya - Azərbaycan 4:0
Baş məşqçi: Bernhard Lippert.
Fanat.az