Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək 2 oyunun başlama saatı məlum olub. Fanat.az xəbər verir ki, fevralın 28-də baş tutacaq "İnter" - "Simurq" görüşü saat 15:00-da başlayacaq.
Başlama saatı məlum olan digər qarşılaşma "Qarabağ" və "Qəbələ" arasındadı. Ölkə çempionu Roman Qriqorçukun yetirmələrini saat 17:00-da sınağa çəkəcək.
Fanat.az