Bu həftə Topaz Premyer Liqasında XXIV turun oyunları keçiriləcək. Fanat.az fevralın son günündə baş tutacaq qarşılaşmalarda üz-üzə gələcək cütlərin əvvəlki oyunlarının balansını təqdim edir.
24-cü tur
28 fevral (şənbə)
116. “Xəzər Lənkəran” - “Bakı” – 30 oyun, +8=13-9, top fərqi 32:29
Cari mövsüm rəqibindən qol buraxmayan “Xəzər Lənkəran” son 3 qarşılaşmada məğlub olmayıb. Lakin paytaxtın eyniadlı təmsilçisi qələbə sayında öndədir. Cənublular isə əvvəlki 30 dueldə daha çox qol vurub.
118. “İnter” - “Simurq” – 22 oyun, +15=4-3, top fərqi 33:12
Son 3 ev oyununda qalib gələ bilməyən “İnter” ümumilikdə böyük üstünlüyə malikdir. Bakılılar artıq 5 matçdır rəqibinə uduzmur. Cari mövsüm baş tutan görüşlərdə isə qalib müəyyənləşməyib.
119. “Sumqayıt” - “Neftçi” – 10 oyun, +3=1-6, top fərqi 12:24
Əvvəlki 10 görüşdə ikiqat üstünlüyə malik olan “Neftçi” son 2 qarşılaşmada qalib gəlib və ardıcıl 3 görüşdür meydanı qolsuz tərk etmir. “Sumqayıt”ın ev oyunlarında heç-heçə qeydə alınmayıb.
120. “Qarabağ” – “Qəbələ” – 26 oyun, +13=7-6, top fərqi 36:23
İndiyədək keçirilən oyunların yarısında qalib gələn “Qarabağ” ardıcıl 10 matçdır meydanı qol vurmadan tərk etmir. Rəqiblərin son 3 oyununda meydan sahibi olan tərəf 3 xal qazanır. Son 8 qarşılaşmada heç-heçə qeydə alınmır.
Fanat.az