Türkiyənin PTT 1-ci liqasında XXIII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Vaqif Cavadovun çıхış etdiyi "Boluspor" Timur Temeltaşın forma geyindiyi "Altınordu"nun qonağı olub.
Oyun Bolu təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Vaqif oyunu ehtiyat oyunçular skamyasından izləyib. Timur isə start heyətində yer alıb və 81 dəqiqə oynayıb.
Qeyd edək ki, "Boluspor" 23 turdan sonra 31 хalla 9-cu, "Altınordu" isə 26 хalla 14-cü pillədə qərarlaşıb.
Fanat.az