Kaxaber Tsxadadze "Xəzər Lənkəran"la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi Ağabala Ramazanovu tərifləyib:
"Əsas məsələ odu ki, 3 xal qazandıq. Çox çətin oyundan sonra 3 xala nail olduq. Futbolçularımı təbrik edirəm. Oyunçularım matça yaxşı köklənmişdilər. “Xəzər Lənkəran”ın heyətində çox sayda gənc oyunçu var. Gənclər çox istedadlıdılar, onların arasında Ağabala Ramazanovu qeyd edə bilərəm. Düşünürəm ki, gələcəkdə Azərbaycan millisinin aparıcı hücumçusu olacaq. Biz isə öz oyunumuzu analiz etməliyik. Dediyim kimi, 3 xal qazandıq. Amma bu qələbəni unudub, qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Fanat.az