Tsxadadze: "Heç bir komanda qələbəyə layiq deyildi"

Tsxadadze: "Heç bir komanda qələbəyə layiq deyildi"
Kaxaber Tsxadadze "Neftçi" ilə oyunla (0:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi heç bir tərəfin qələbəyə layiq olmadığını deyib: 
“Çox gərgin oyun izlədik. Medallara oynayan komandalar qarşılaşdı. Meydanda mübarizə və emosiyalar çox idi. Üstünlük gah bir komandada, gah da o biri komandada olurdu. Hesab oyuna görə oldu. Heç bir komanda qələbəyə layiq deyildi. Qarşıda bizi çətin oyunlar gözləyir. Onlara tez qısa bir vaxta hazırlaşmalıyıq”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər