Topalovu Məmmədov əvəzləyəcək

Topalovu Məmmədov əvəzləyəcək

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirində Veselin Topalov iştirak etməyəcək. Fanat.az xəbər verir ki, bolqarıstanlı qrossmeysetri Rauf Məmmədov əvəzləyəcək.

Sayca ikinci yarışda Məmmədovla yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), Fabiano Karauna (İtaliya), Vişvanatan Anand (Hindistan), Aniş Giri (Hollandiya), Uesli So (ABŞ), Vladimir Kramnik (Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov iştirak edəcəklər.

Qeyd edək ki, turnir aprelin 16-dan 25-dək davam edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər