Təvəkkül prezidenti gözləyir

Təvəkkül prezidenti gözləyir

Təvəkkül Məmmədovun “Sumqayıt”ı tərk etdiyini yazmışdıq. Fanat.az xəbər verir ki, “Bakı”yla oyundan öncə AFFA-dan start heyətini dəyişmək sifarişi alan klubun yarımmüdafiəçisi Sumqayıtdadı.

Həmin matçdan sonra mətbuata açıqlama verdiyinə görə sorğu-sual edilən və klubu özbaşına tərk edən Təvəkkül rəhbərliklə görüşmək üçün Azərbaycana qayıdıb. Lakin klubun prezidenti Kamran Quliyev yığmanın Antalyadakı təlim-məşq toplanışına yollandığından orta xətt oyunçusu başqanı gözləmək məcburiyyətində qalıb. Rəhbərliyin Təvəkkülü bağışlayacağı ən çox ehtimal edilən variantdı. Yəni xüsusi problem çıxmasa, belə də olacaq.

 

Fanat.az

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər