Təmsilçilərimiz yarımfinalda!

Təmsilçilərimiz yarımfinalda!

Avstriyanın Lints şəhərindəki 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanı təmsil edən İqor Luçiç – Luka Dordeviç dueti yarımfinala yüksəlib. 2 nəfərlik sükansız qayıqda (BM2-) yer alan cütlüyümüz seçmə yürüşdə 2000 metr məsafəni 6 dəqiqə 43,71 saniyəyə qət edərək, 2-ci yeri tutub. 1-ci pillə isə 6 dəqiqə 42,49 saniyə nəticə göstərən Miloş Vasiç – Radoje Deriç duetinə qismət olub. Qaydalara əsasən, hər 2 cütlük təsəlli yürüşünə qatılmadan birbaşa yarımfinalda iştirak hüququna yiyələnib. Duetimizin növbəti yürüşü iyulun 27-də Bakı vaxtı ilə saat 12:28-də olacaq. Əsas finala yüksəlmək üçün onlar yarımfinalda ilk "3-lüy”ə düşməlidirlər.

Digər təmsilçilərimizə gəldikdə, 2 nəfərlik qoşa avarlı qayıqla (BM2x) mübarizə aparan İvan Antov – Boris Yotov dueti seçmə yürüşdə 6 dəqiqə 29,50 saniyə nəticə ilə 5-ci olub. Onlar iyulun 26-da saat 13:31-də təsəlli yürüşünə qatılacaqlar. Duetimiz yarımfinala vəsiqə üçün 5 cütlük arasında ilk "3-lüy”ə girməyi bacarmalıdır. 

Karyerasında ilk dəfə dünya çempionatına yollanan Fərid Saadov isə 1 nəfərlik yüngül çəkili qayıqla (BLM1x) seçmə yürüşdə finişə 7 dəqiqə 50,16 saniyəyə çataraq, 5-ci, təsəlli yürüşündə isə 7 dəqiqə 36,80 saniyə nəticə ilə 4-cü olub. Hər iki yürüşdə finişə sonuncu çatan Saadov E finalında (25 – 30-cu yerlər uğrunda) mübarizə aparacaq. Həmin yürüş iyulun 27-də saat 16:19-da olacaq.   

Qeyd edək ki, dünya çempionatına iyulun 28-də yekun vurulacaq. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər