"Öz oyunçularımı və klubun rəhbərliyini təbrik edirəm. Bəzi hallarda oyunumuz yaxşı alınmırdı. Əsas olan komandamın ürəkdən oynaması idi". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı" ilə oyundan sonra "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis iki fərqli hissənin olduğunu bildirib: "Bu gün biz güclü komandaya qalib gəldik. "Bakı" ötən tur "Qarabağ"ı məğlub etmişdi. Son turdakı məğlubiyyətdən sonra qələbə qazandıq. Oyunu iki fərqli hissəyə bölmək olar. Birinci hissədə qol vurana qədər üstünlük bizdə idi. Qol vurduqdan sonra isə əks-hücum taktikası ilə oynadıq".
Syomin "Rubin"dən təklif alması ilə bağlı xəbərlə münasibət bildirmək istəməyib. Rus mütəxəssis bununla bağlı sualdan "Çox sağ olun" deməklə yayınıb.
Fanat.az