Fevralın 17-də adını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazmağı bacarmış Nazim Süleymanovun 50 yaşı tamam olur. Fanat.az Sport7.az-a istinadən xəbər verir ki, bu əlamətdar günü necə qeyd edəcəyi ilə bağlı məlumat almaq üçün səbəbkarı aranıb. Həmişə olduğu kimi təvəzökar danışan Nazim bəy hadisələri qabaqlamağa, yubileyi ilə bağlı danışmağa o qədər də həvəsli deyildi. Onu az-çox tanıyanlar, xarakterinə bələd olanlar bu xüsusiyyətini yaxşı bilir. Rusiyada çempionluq sevinci yaşayan, iki dəfə 33 ən yaxşı futbolçu sırasına düşməyi bacaran Süleymanovu qonşu ölkədə də yaxşı xatırlayırlar. Təsadüfi deyil ki, Şimali Osetiyada da onun 50 illik yubileyinə hazırlaşırlar. Nazim bəylə söhbətimizdə məhz bu məqsədlə yanvarın 21-dən Vladiqafqaza 3 günlük səfərə yollandığı öyrəndik: "Şimali Osetiya Respublikasının İdman Komitəsinin sədri Soslan Andiyevin dəvətiylə Vladiqafqaza getdim. İkiqat olimpiya, dəfələrlə dünya çempionu olmuş Andiyevlə hələ "Alaniya”da oynayarkən yaxşı münasibətlərimiz var idi. Sözün düzü, onlar məni "Alaniya"nın çempionluğunun 15 illiyi münasibətiylə 2010-cu ildə düzənlədikləri tədbirə, "Spartak”ın veteranları ilə görüşə dəvət etmişdilər. Həmin vaxt AZAL-ın baş məşqçisiydim, komandanın Avroliqaya yüksəlməsi səbəbindən işlərim çox idi. Dəvəti qəbul edə bilmədim. Bu dəfəki gedişimdə həmin dəvətə də toxunduq, vəziyyəti izah etdim. Sağ olsunlar, ordakı dostlarım və "Alaniya”nın azarkeşləri məni unutmayıblar, 50 illik yubileyimə hazırlıqla bağlı xüsusi təkliflər hazırlayıblar. İnanıram ki, bu tədbirlər baş tutacaq və xalqlarımız arasındakı dostluq əlaqələrinə öz töhfələrimizi verəcəyik. Qərara gəlmişik ki, "Neftçi” və "Alaniya” veteranları arasında dostluq qarşılaşmaları oynansın. İlk görüş Bakıda, cavab oyunu isə Vladiqafqazda olacaq. Ora yollanmazdan əvvəl Oqtay Abdullayevlə də görüşmüşdük. Oqtay müəllim burdakı təşkilati işlərini yoluna qoyur, təşəbbüsünə görə ona da minnətdarlıq edirəm. Azərbaycan futbolundakı xidmətlərimin unudulmadığını görmək mənim üçün çox xoşdu.”Fanat.az
Süleymanovun yubileyi Vladiqafqazda qeyd olunacaq
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
17:51
19.10.2026
"Sabah" - "Borussiya" matçına neçə bilet satılıb? - SON DURUM