Subaşiç qol vurdu, komandası uddu

Subaşiç qol vurdu, komandası uddu

Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" "Tuzlaspor"un qonağı olub.

Manisa təmsilçisi 3:1 hesablı qələbə qazanaraq 1/4 finala çıхıb. Start heyətində yer alan Subaşiç oyunun son dəqiqələrində əvəzlənib. Millimizin sabiq üzvü 65-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Qeyd edək ki, bu Subaşiçin cari mövsümdə 4-cü qolu olub. O, PTT 1-ci liqasında 2, Türkiyə Kubokunda 2 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər