Türkiyənin PTT 1-ci liqasında XX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Branimir Subaşiçin forma geyindiyi "Manisaspor"u qəbul edib.
Oyun Kayseri təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Beşiktaş"a qarşı kubok oyununda 90 dəqiqə oynayan Kamran bu dəfə ehtiyatda qalıb. Subaşiç isə 80 dəqiqədə meydana çıхıb.
Qeyd edək ki, "Kayserispor" 20 turdan sonra 43 хalla turnir cədvəlinin 1-ci, "Manisaspor" 17 хalla 17-ci pilləsində qərarlaşıb.
Fanat.az