Subaşiç Cavidə qalib gəldi

Subaşiç Cavidə qalib gəldi

Türkiyə PTT 1-ci liqasında XXIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" digər azərbaycanlı futbolçu Cavid İmamverdiyevli "Elazığspor"la qarşılaşıb.

Manisada keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Hər iki futbolçumuz start heyətdə meydana çıxıb. Subaşiç 66-cı dəqiqədə əvəzləndiyi halda, Cavid sonadək mübarizə aparıb.

Qeyd edək ki, "Elazığspor" hazırda 27 xalla 12-ci, "Manisaspor" isə 23 xalla 15-cidi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər