"Valensia" prezidenti Amadeo Salvo "Tottenhem"in maraqlandığı oyunçusu Roberto Soldado üçün 30 milyon avro istəyir.
İdman24.az xəbər verir ki, klubun baş məşqçisi Andre Villas-Boas Soldado ilə maraqlandıqlarını açıqlamış və daha sonra klub rəsmiləri danışıqlar üçün İspaniyaya yollanmışdı. Salvo "Əgər 30 milyon avronu gətirən olarsa, Soldadonu verərik. İstədiyimiz qiymət budur. Bu qiymətdən nə aşağı, nə də yuxarı...", deyib.
İdman24.az