Tiflisdə kişi.şahmatçıları arasında FIDE Qran-Prisinin 3-cü mərhələsi start götürüb. Fanat.az xəbər verir ki, yarışda mübarizə aparan 2 azərbaycanlı qrossmeysterdən biri - Şəhriyar Məmmədyarov turnirə qələbəylə start verib.
Qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla oynayan Məmmədyarov siciliya müdafiəsini seçib. Debütdəcə böyük fəallıq nümayiş etdirən həmyerlimiz rəqibin ağ fiqur üstünlüyünü heçə endirib. Fəallığı ilə fransalıya təziq göstərən Şəhriyar rəqibini 29-cu gedişdə səhfə yol verməyə vadar edib.
Bundan sonra bir piyada üstün durum qazanan Məmmədyarov, növbəti gedişlərdə artıq keyfiyyət əldə edib. "Gözü doymayan" azərbaycanlı qrossmeyster 41-ci gedişdə rəqibini mat tələsinə salıb. Mat olmağa 2 gediş qalmış Vaşye-Laqrav rəqibini qələbə münasibəti ilə təbrik edib.
Digər həmyerlimiz Teymur Rəcəbov isə qara fiqurlarla kubalı Lenyer Domingeslə xallaı yarı bölüb.
İlk turun digər nəticələri:
Pyotr Svidler (Rusiya) - Aniş Giri (Hollandiya) 0:1
Rüstəm Kasımcanov (Özbəkistan) - Aleksandr Qrişşuk (Rusiya) 0:1
Dmitri Andreykin (Rusiya) - Dmitri Yakovenko (Rusiya) 1/2:1/2
Yevgeni Tomaşevski (Rusiya) - Baadur Cobava (Gürcüstan) 1:0
Fanat.az