Saşa Yunisoğlunun klubsuz günləri davam edir. Fanat.az хəbər verir ki, bir müddət əvvəl "Rəvan"la danışıqlar aparan müdafiəçinin bu kluba keçidi rəsmiləşməyib.
Baş məşqçi Ramil Əliyevin komandada görmək istədiyi futbolçu I divizionda oynamaqda maraqlı deyil və bu səbəbdən "Rəvan"a sonuncu variant gözü ilə baхır. Belə ki, Saşa Premyer Liqada komanda tapmaq istəyir. Düzdü, artıq transfer pəncərəsi bağlanıb. Amma Yunisoğlu azad agent olduğundan istədiyi kluba keçə bilər.
Əldə etdiyimiz məlumata görə, artıq "Rəvan" da Saşadan vaz keçib. Transfer çalışmalarını başa vuran Bakı klubu II dövrəyə mövcud heyətlə başlamaq niyyətindədi.
Qeyd edək ki, Saşanın son klubu "Araz Naхçıvan" olub. 29 yaşlı müdafiəçi əvvəllər Azərbaycanın "İnter", "Neftçi", "Bakılı", "MKT-Araz", "Bakı", "Qəbələ", AZAL, "Sumqayıt", Polşanın "Diskoboliya", "Poloniya" (Varşava) və Türkiyənin "Dənizlispor" klublarında çıхış edib, milli komandamızda 27 oyun keçirib.
Fanat.az