"Saqqal mənim üçün önəmlidir" - Azərbaycanlı boksçu

"Saqqal mənim üçün önəmlidir" - Azərbaycanlı boksçu

Azərbaycanlı boksçu Məhəmməd Abdullayev (+91 kq)  Beynəlxalq Boks Assosiasiyasının (IBA) bu yaxınlarda yenilənmiş - idmançıların rinqə saqqalla çıxmasına icazə verən  qaydaları barədə danışıb.

Fanat.Az xəbər verir ki, son dünya çempionatının bürünc medalçısı qurumun saytına fikirlərini belə ifadə edib:

“Saqqal mənim üçün önəmlidir. Üstəlik, saqqalla daha rahatdır. Hər şey olduğu kimi qalsa, şad olardım”, - Abdullayev bildirib. 

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Boks Assosiasiyası təhlükəsizlik baxımından boksçulara saqqal saxlamağı qadağan etmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər