Şahmat Olimpiadası: Azərbaycan komandalarından ikisi uddu, dördü uduzdu

Şahmat Olimpiadası: Azərbaycan komandalarından ikisi uddu, dördü uduzdu

Naxçıvanda Yeniyetmələrin Şahmat Olimpiadası davam edir.

Fanat.Az xəbər verir ki, yarışda bu gün altıncı turun görüşləri keçirilib.

Azərbaycanın birinci komandası ölkənin dördüncü komandasını, Azərbaycan-2 Malayziyanı yenib. Naxçıvan Banqladeşə, Azərbaycan-3 CAR-1-ə, Sumqayıt Litvaya uduzub.

VI tur

Azərbaycan-4 - Azərbaycan-1 - 1:3 Azərbaycan-2 - Malayziya - 2,5:1,5 Azərbaycan-Naxçıvan - Banqladeş - 1,5:2,5 Azərbaycan-Sumqayıt - Latviya - 1,5:2,5 Azərbaycan-3 - Cənubi Afrika Respublikası-1 - 0,5:3,5

Bu nəticələrdən sonra xalını 9-a çatdıran Azərbaycan-1 turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Azərbaycan-4 7 xalla 12-cidir. İlk üç sırada Türkiyə (12 xal), Hindistan və İran (hər ikisi 9 xal) yer alıblar.

Qeyd edək ki, 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər