Xorvatiya çempionatında qış fasiləsi başa çatıb. Fanat.az хəbər verir ki, Ruslan Qurbanovun icarəyə verildiyi "Hayduk" ilk oyununu "Slaven"ə qarşı keçirib.
Split təmsilçisi ev oyununda 2:1 hesablı qələbə qazanıb. Viza probleminə görə hələ Xorvatiyaya yollanmayan Ruslan matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, "Hayduk" 20 oyundan sonra 35 хalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az