Ruslan Qurbanovun debüt oyunu - FOTO/VİDEO

Ruslan Qurbanovun debüt oyunu - FOTO/VİDEO

Xorvatiya kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, “Neftçi”nin üzvü Ruslan Qurbanovun formasını geydiyi “Hayduk” öz meydanında “Vinoqradar” klubunu qəbul edib.

 

Ruslan Qurbanov bu görüşdə Xorvatiya klubunda rəsmi debüt edib. Qurbanov 46-cı dəqiqədə Milevskinin əvəzinə meydana daxil olub. Matç “Hayduk”un 3:0 hesablı qələbəsi ilə tamamlanıb. Qurbanovun komandasından Jozinovic və Baliç (2 dəfə) fərqlənib.

 

Qeyd edək ki, ilk oyunda da eynihesablı qələbəyə sevinən “Hayduk” ölkə kubokunda yarımfinala adlayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər