Ruslan Qurbanov rəsmən "Hayduk"da

Ruslan Qurbanov rəsmən "Hayduk"da

"Neftçi"nin və Azərbaycan yığma komandasının futbolçusu Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" klubu (Split) ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, bu barədə "Neftçi"nin rəsmi saytı məlumat yayıb.

Xorvatiya təmsilçisi "Neftçi"yə ünvanladığı rəsmi müraciətdə Ruslan Qurbanovun xidmətində maraqlı olduğunu bildirib. İki klub arasında danışıqlar müsbət nəticələnib və əldə olunmuş razılığa əsasən gənc hücumçu mövsümün sonuna kimi icarə əsasında "Hayduk"un formasını geyinəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər