Ruslan Qurbanov "Hayduk"da ilk qolunu vurdu - VİDEO

Ruslan Qurbanov "Hayduk"da ilk qolunu vurdu - VİDEO

Ruslan Qurbanov Xorvatiyanın "Hayduk" klubunda növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, çempionatın "Osiyek"lə oyununda ehtiyatda qalan furbolçumuz yoxlama matçında meydana çıxıb.

Baş məşqçi Stanko Poklepoviç Splitə qayıtmazdan öncə Osiyekə yaxın olan Jupanya şəhərində ehtiyatda qalan futbolçuları da yoxlamaq qərarına gəlib. "Hayduk" 1000 azarkeşin gözü qarşısında aşağı dəstələrdən birində çıxış edən "Sladorana" klubu ilə yoxlama oyunu keçirib. Görüş elita təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birincisini start heyətində yer alan Ruslan vurub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər