Ruslan Qurbanov məşqlərə başladı

Ruslan Qurbanov məşqlərə başladı

Xorvatiyanın "Hayduk" klubu XXIII turun "Zadar"la oyununa hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, komandanın bu gün baş tutan məşqində Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov da iştirak edib.

Futbolçumuz indiyə qədər fərdi qaydada məşq edirdi. Ruslanın qarşıdakı oyunda debüt edib-etməyəcəyi hələlik dəqiq bilinmir.

Qeyd edək ki, sözügedən komandalar arasındakı oyun martın 1-də keçiriləcək. "Zadar" sonuncu pillədə qərarlaşdığı halda, "Hayduk" 32 xalla 4-cüdü.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər