"Neftçi"nin 4 aylığa icarəyə verdiyi hücumçusu Ruslan Qurbanov Xorvatiya "Hayduk"unun heyətində debüt imkanı qazanmayıb. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçunun adı ölkə çempionatının 22-ci turu çərçivəsində keçirilən oyunda iştirak ərizəsinə salınmayıb.
Qurbanovun komandası səfərdə "Lokomotiv"in qonağı olub. Qarşılaşma "dəmiryolçular"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Bu nəğlubiyyətdən sonra "Haydık" 1 pillə geriləyib. Komanda 32 xalla 4-cü pillədə qərarlaşıb.
Fanat.az